Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı xəbərdarlıq edib

17 May 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilmiş xəbərdarlıqda bildirilir ki, mart ayının 18-dən başlayaraq Suriyanın bir çox şəhərlərində hökumət əleyhinə nümayişlər başlamışdır. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında toqquşmalar baş vermiş, Suriya təhlükəsizlik qüvvələri tərəfindən nümayişlərin yatırılması zamanı mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olmuşdur. Nümayişlər həmçinin universitet korpusları, əsas küçələr, məscidlər və digər iri ictimai əraziləri əhatə edir. Nümayişlərlə əlaqədar Tartous-Latakia, Latakia-Aleppo, Homs-Aleppo kimi bir sıra yollar müvəqqəti olaraq bağlıdır. Suriyanın paytaxtı Dəməşq şəhəri də daxil olmaqla, bir sıra şəhərlərində, həmçinin əsas şose yollarında nəzarət məntəqələrinin sayı artırılmışdır. Xəbərdarlıqda bildirilir ki, Suriyada münaqişə zonaları hər an dəyişə bilər.


Bunları nəzərə alaraq, Suriyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Suriyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının iğtişaşlara qarışmamaları, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədləri mütəmadi olaraq üzərində saxlamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasının Dəməşq şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.


Ağrımayan başına dəsmal bağlayan adama yaxşı baxmırlar...

Tofiq Əliyev

O.M.