Bu il doktoranturaya 500-ə yaxın şəxs qəbul olunacaq

Bu il doktoranturaya 500-ə yaxın şəxs qəbul olunacaq

17 May 2011 15:05
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbulla bağlı veriləcək elan üzərində iş aparılır. Yay aylarında doktoranturaya qəbulla bağlı elan veriləcək, sentyabr ayında sənədlər təhlil olunacaq. Oktyabr-noyabr aylarında isə doktoranturaya qəbul həyata keçiriləcək. Bu barədə AMEA prezidenti Mahmud Kərimov bildirib. AMEA prezidenti doktoranturaya qəbul aparılacaq ixtisasların azalması ilə bağlı fikirləri qəbul etmədiyini deyib: "Bu ixtisaslar azalmayıb, sadəcə, sistemləşdirilib və Avropa standartlarına uyğunlaşdırılıb". M.Kərimov qeyd edib ki, bu il AMEA üzrə 200, respublika üzrə isə təxminən 500-ə yaxın şəxs doktoranturaya qəbul olunacaq.


Elmin sayı artmasa da, alimlərin sayı durmadan artır...


Tofiq Əliyev

O.M.