Parlamentdə bir sıra qanunlara dəyişikliklər təsdiqlənib

Parlamentdə bir sıra qanunlara dəyişikliklər təsdiqlənib

17 May 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)


Milli Məclisinin bu günkü iclasında bir sıra qanunlara dəyişikliklər təsdiq olunub. Parlament "Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında", "Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün vizaların ləğv edilməsi haqqında" sazişləri təsdiqləyib.


Bundan başqa, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", Milli Məclisin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişiklikləri təsdiq edib.


Parlament "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə"də, Mülki Prosessual Məcəllədə, "İcra məmurları haqqında" qanunda, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, "Banklar haqqında", "İpoteka haqqında", "İnzibati icraat haqqında" və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanunlarda dəyişiklik edib. Dəyişikliklərə əsasən adıçəkilən qanunlarda "məhkəmə nəzarətçisi" və "məhkəmə icraçısı" sözləri "icra məmuru" sözləri ilə əvəz olunub.

Qanunverici hakimiyyət öz işini gördü, qaldı icraedici hakimiyyət...

Tofiq Əliyev

O.M.