İctimai Palatanın cinayət işinin istintaqı yekunlaşır

İctimai Palatanın cinayət işinin istintaqı yekunlaşır

17 May 2011 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. Bu barədə Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiyada baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib. O, qeyd edib ki, mətbuatda istintaqın qəsdən uzadılması barədə yayılan informasiyaların heç bir əsası yoxdur: "Biz özümüz maraqlıyıq ki, istintaqı vaxtında yekunlaşdıraq. Onu deyə bilərəm ki, artıq istintaq tamamlanmaq üzrədir".


Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.


Adətən palata xəstəxanada olur. İstər-istəməz İctimai Palata deyəndə xəstə düşüncəli adamların cəmiyyəti yada düşür...

Tofiq Əliyev

O.M.