Qatar «Mercedes»lə toqquşub, 2 nəfər ölüb

Qatar «Mercedes»lə toqquşub, 2 nəfər ölüb

17 May 2011 10:20
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün səhər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sitalçay stansiyasının girişindəki qorunmayan keçiddə ölümlə nəticələnən hadisə baş verib. 17 may 2011-ci il səhər saat 8.10-da 373 saylı Bakı-Tümen sərnişin qatarı Sitalçay stansiyasının girişinə yaxınlaşarkən "Mercedes" markalı avtomobilin sürücüsü tərəfindən "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələbləri pozulub, nəticədə qəza baş verib. İlkin məlumata görə, 2 nəfər hadisə yerində dünyasını dəyişib. Qatar saat 9.30-da təyinatı üzrə yola salınıb.

Deyirlər, qanun onları pozmaq üçün yaradılıb. Amma bu, hərdən çox baha başa gəlir...

Tofiq Əliyev

O.M.