Kosmik gəminin son uçuşu

Kosmik gəminin son uçuşu

16 May 2011 21:07
788
Bəyəndim (0) Bəyənmədim (0)


Bir həftə əvvəl kosmosa göndərilməsi planlaşdırılan, ancaq texniki bir qəza səbəbi ilə səfəri təxirə salınan "Endeavour" Beynəlxalq Kosmos Stansiyasına (ISS) təchizat aparmaq üçün bu gün yerli vaxtla 17.57-də uçdu. Xatırladaq ki, möhtəşəm uçuşu yarım milyon insan izlədi. Hava gəmisi 16 gündən sonra geri dönəcək. Tərkibindəki 5 nəfərlik komanda heyəti stansiyaya 2 milyard dollarlıq təchizat yükləyəcək. Xatırladaq ki, bu, "Endeavour"un son uçuşudur.


II Dünya Müharibəsinin sülh müqaviləsi imzalanarkən Stalin ayı müttəfiq ölkələr arasında bölmək haqda xəritə tərtib etmişdi. O vaxtlar bu, çoxlarının gülüşünə səbəb olmuşdu. Aradan uzun illər keçmiş görürük ki, imperialistlər kosmosu da mənimsəməyə çalışırlar...

Günel Həbib

O.M.