İran Qarabağ məsələsində Ermənistanı dəstəklədi

İran Qarabağ məsələsində Ermənistanı dəstəklədi

16 May 2011 19:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Panarmenian.net xəbər agentliyinin yaydığı məlumata görə, İranın bu ölkədə olan səfiri Qarabağ konflikti barədə bəyanat yayıb. O, çıxışında problemin millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə həll oluna biləcəyini bildirib. İranın münaqişə ölkələri ilə ümumi sərhədə malik yeganə dövlət olduğunu bildirən səfir Qarabağda 3-cü ölkə qoşunlarının olmağına imkan verməyəcəklərini deyib.

Xatırladaq ki, 13 may günü İranın Xarici İşlər nazirinin müavini Məhəmmədrza Rauf Şeybani Ermənistana səfər etmiş, bağlı qapılar arxasında bu ölkənin prezidenti ilə təkbətək görüş keçirmişdir. Deməli, səfirin sözlərini təsadüf saymaq olmaz.

Məsələyə millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə yanaşan rəsmi Tehran başqa dövlətin daxili işlərinə qarışmaqdansa İrandakı 35 milyon türkün müqəddəratını təyin etmələrinə mane olmasa yaxşıdır...

Hafiz Əhmədov

O.M.