ABŞ "Green card"ın nəticələrini ləğv etdi

ABŞ "Green card"ın nəticələrini ləğv etdi

16 May 2011 19:18
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Dövlət departamenti növbəti ilə nəzərdə tutulmuş "Green card" (Yaşıl kart) lotereyasının nəticələrini ləğv edib. Belə ki, nəticələr təsadüfi adamların qalibiyyətini nəzərdə tutsa da, bu il sorğu blankını ilk dolduran şəxsləri udmuş hesab etdi. Yerli KİV-lərin Dövlət departamentinə istinadən yaydıqları xəbərə görə, səhvə səbəb kompüter proqramında yaranan texniki nasazlıq olub. Odur ki, son nəticələr ləğv ediləcək və yeni lotereya keçiriləcək. Nəticələr bu ilin iyul ayında elan ediləcək. Dövlət Departamenti "qalibiyyəti" etibarsız sayılan vətəndaşlardan rəsmən üzr istəyib.


Xatırladaq ki, "Green card" müxtəlif ölkələrdə yaşayan milyonlarla insan tərəfindən oynanılır və qaliblər ABŞ-da yaşamaq hüququ qazanırlar.


ABŞ yaşıl kart verdiyi insanlara qırmızı işıq yandırdı

Hafiz Əhmədov

O.M.