17 pensiyaçı qadını öldürən manyak tutuldu

17 pensiyaçı qadını öldürən manyak tutuldu

16 May 2011 18:52
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sverdlovsk vilayətində dəhşətli bir hadisə baş verib. Krasnoufinsk şəhərinin 40 yaşlı sakini 17 qoca qadının öldürülməsində, kütləvi yanğınlara cəhddə, hücumlarda ittiham olunur. Yerli Daxili İşlər İdarəsinin xüsusi əhəmiyyətli işlər şöbəsinin əməkdaşları şübhəli şəxsi dindirərkən, o, Uralda qarıları öldürərək evlərini qarət etdiyini etiraf edib.


2002-2010-cu illər ərzində cinayət əməllərini davam etdirən manyak qadın 3 dəfə izi itirmək məqsədilə evləri yandırmağa cəhd göstərib. Ütüləri cərəyanda saxlamaqla, qaz sobalarını açıq buraxmaqla kütləvi yanğına şərait yaradıb.


Serbski adına institutda müayinədən keçirilən manyakın əqli cəhətdən normal olduğu bildirilir. Deməli, o, yaxın günlərdə məhkəmə qarşısında dayanacaq.


Dünya malı dünyada qalacaq. Necə ki, manyakın qarət etdikləri qarılar özləri ilə heç nə apara bilmədilər...

Hafiz Əhmədov

O.M.