Paytaxtda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Paytaxtda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

16 May 2011 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiya Respublikası Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun məlumatına görə, məqsəd Çexiya Respublikasının Prezidenti və onun xanımının Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakı şəhərində keçiriləcək tədbirlərdə iştirak edən qonaqların yol hərəkətində təhlükəsizliyini təmin etməkdir. Bunun üçün mayın 17-18-də saat 8:30-dan tədbirlər başa çatanadək Heydər Əliyev prospekti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft meydanı", Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrinə, Parlament, Hüseyn Cavid, İnşaatçılar prospektləri, Rəşid Behbudov, Rauf Rəfili, Süleyman Rüstəm, Bakıxanov, Ceyhun Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, Fətəli Xan Xoyski, Koroğlu Rəhimov, akademik Həsən Əliyev, Səməd Vurğun küçələri istiqamətində bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir. Həmin yollar üzrə avtomobillərin parklandırılması mümkün olmayacaq. Ona görə də şəxsi nəqliyyat vasitələrindən bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət etmələri xahiş olunur.


Avtomobil yolları müvəqqəti bağlana bilər. Təki tale yollarımız bağlanmasın...

Tofiq Əliyev

O.M.