Londonda nəfəslər tutuldu

Londonda nəfəslər tutuldu

16 May 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bir qədər əvvəl xəbər verdiyimiz kimi, İngiltərənin paytaxtı Londonda bomba xəbəri alan polis axtarışlara başlayıb. Bu səbəbdən də bəzi küçələr boşaldılıb.


İngilis "BBC" Mall prospekti və ətrafındakı bəzi küçələrin boşaldılaraq axtarış edildiyini bildirdi. London polisinin şərhi: "Londonun mərkəzi ilə əlaqədar bu gün bir bomba hadisəsi olacağı bildirilib. Ancaq dəqiq hər hansı yer və ya zaman bildirilməyib."


İngilis xəbər kanalları təhdidin irlandiyalı separatçı təşkilatlarla əlaqəli olduğunu təxmin edirlər. İngiltərə kraliçası II Elizabetin sabah İrlandiyaya rəsmi səfərdə olacağına diqqət çəkən informasiya kanalları hədə-qorxunun bu ziyarətlə əlaqəli olub-olmadığından xəbərsizdirlər.


London terror dəhşətini ən son 2005-ci ildə yaşamışdı. 2005-ci ilin iyul ayında Əl-Qaidə tərəfindən London metrosu və bir avtobusa təşkil edilən 4 intiharlı hücuma 4 kamikadze ilə bərabər 56 adam ölmüşdü.


İngilislər ingilis bayrağı kimi əsirlər. Əvvəl terror olduğunu deyirlər, sonra da bunu inkar edirlər...

Günel Həbib

O.M.