YPX-nin 6 əməkdaşı işdən xaric olunub

YPX-nin 6 əməkdaşı işdən xaric olunub

16 May 2011 15:54
Bəyəndim (0) Bəyənmədim (0)

Baş DYP İdarəsi rəhbərliyinin müvafiq əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub. Xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.

Qanun keşikçiləri özləri qanunu pozdular.

Tofiq Əliyev

O.M.