Müxalifətçilər məhkəmə binasını yandırdılar

Müxalifətçilər məhkəmə binasını yandırdılar

16 May 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Minskin Moskva rayonunda yerləşən məhkəmə binasını naməlum şəxslər yandırıblar. Hadisə yerinə gələn milis əməkdaşları və meriya işçiləri binanın yanından içərisində benzin-yağ qarışığı olan 0,7 litrlik şüşələr aşkarlayıblar.

Belorus müxalifətinin "Xartiya-97" saytının verdiyi məlumatda "Европейская Белорусь (Avropa Belorusu)" cəmiyyətinin bir neçə üzvünün saxlanıldığı barədə xəbərlər yayılıb. Cəmiyyətin ən aktiv üzvü olan Vlad Berezovun tutulması və evində axtarış aparıldığı bildirilir. Hüquq orqanları əməkdaşları güman edirlər ki, bir gün əvvəl sabiq prezidentliyə namizəd Andrey Sannikovun bu binada 5 illik müddətə həbs cəzasına məhkum edilməsi yanğına əsas səbəbdir.


Belorus iqtidarı onları o qədər yandırıb-töküb ki, onlar da binanı yandırıblar...

Bəhram Mustafabəyli

O.M.