Şəkidə qədim Azərbaycan abidəsi aşkarlanıb

Şəkidə qədim Azərbaycan abidəsi aşkarlanıb

16 May 2011 14:38
Bəyəndim (0) Bəyənmədim (0)


Azərbaycanın Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində qədim abidə aşkarlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) verilən məlumata görə, kənd sakinləri qoyun otararkən maraqlı bir daşa rast gəlmişlər. Onlar bu barədə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz ekspedisiyasına xəbər vermişlər. Aparılan araşdırmalar nəticəsində sakinlərin tapdığı daşın 4-9-cu əsrlərə aid sarkofaq olduğu müəyyənləşdirilmişdir. Sarkofaqda dəfn edilmiş 2 insanın sümükləri vardır.

Sarkofaqın altında eramızdan əvvəl I minilliyin ortalarına aid mədəni təbəqə üzə çıxmışdır.

Ekspedisiya üzvləri həmin ərazidə qədim yaşayış məskəninin olduğu qənaətindədirlər.

Tofiq Əliyev

O.M.