Sabah hava yenə də buludlu olacaq

Sabah hava yenə də buludlu olacaq

5 Aprel 2011 16:20
770
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 06-da
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, günün ikinci yarısında isə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Aprelin 06-da şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

O.M.