“Moskvaətrafı şəhərlərin əksəriyyətində prokurorlar rüşvət alırlar”

“Moskvaətrafı şəhərlərin əksəriyyətində prokurorlar rüşvət alırlar”

16 May 2011 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rüşvət üstündə tutulan Moskvaətrafı regionunun baş prokuroru Dmitri Urumov istintaqa verdiyi ifadəsində bildirib ki, onlarla sabiq və hazırda dövlət t ittihamçısı kimi fəaliyyət göstərən prokurorların korrupsiyaçı olduqları haqda məlumat verə bilər: "Bilirəm ki, gizli fəaliyyət göstərən kazinoların hamısına prokurorluq rəhbərlikləri "krışa"lıq edirlər... Fırıldaqçılıq üstündə həbs olunan İvan Nazarov 2009-2011-ci illərdə 15 milyon rubl pul verib və mən onları sahələrində oyun zalları olan prokurorlara paylamışam. Nazarov pulları Aleksandr İqnatenkoya deyil, şəxsən mənim özümə verirdi. Nazarov 15 şəhərdə kazino və xırda qumarxanalara nəzarət edirdi."


Urumovun ifadəsini Denis Nikandrov baş prokurorluğa göndərib və həmin işlə baş prokurorun müavini Viktor Qrin məşğul olmalıdır.


Dövlət ittihamçısı bu dəfə həmkarlarını ittiham etdi.

Bəhram Mustafabəyli

O.M.