İsrail yenə də humanitar gəmini atəşə tutub

İsrail yenə də humanitar gəmini atəşə tutub

16 May 2011 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail ordusu Qəzza zolağına daxil olmaq istəyən humanitar gəmini atəşə tutub. Agence France-Pressenin xəbərində bildirilir ki, Malayziya bayrağı ilə Qəzza zolağına girən gəmiyə xəbərdarlıq atəşi açıb. Bundan sonra gəmi Misirin su ərazilərinə istiqamət almalı olub. Hazırda o, Qəzzadan təxminən 55 km aralıdadır.


Malayziyanın The Star qəzeti bildirir ki, gəmidə 7 malayziyalı ilə yanaşı 2 hindli və 1 kanadalı var. Yunanıstanın Pirey limanından Qəzza zolağına doğru istiqamət alan gəmidə 7.5 km vinil boru aparılır ki, bu da Qəzzada kanalizasiya sisteminin bərpası üçün nəzərdə tutulub.


Xatırladaq ki, İsrail tərəfindən Qəzzanın dənizdən mühasirəsi 2007-ci ildən davam edir. 2010-cu ilin məşhur hadisəsi zamanı hərbçilər Türkiyə gəmisinin 9 sərnişinini öldürmüş, onlarla insanı yaralamışdı.


Dövlətlər, cəmiyyətlər İsrailin bu özbaşınalığına biganə qala bilərlər. Lakin dünyada İlahi bir ədalət prinsipi var. Humanitar gəmini atəşə tutanlar nə vaxtsa humanitar yardıma möhtac qala bilərlər...

Hafiz Əhmədov

O.M.