Suriyadan Livana qaçanlara atəş açıldı

Suriyadan Livana qaçanlara atəş açıldı

16 May 2011 11:48
Bəyəndim (0) Bəyənmədim (0)


Suriya ilə Livan arasındakı Əl Bukaya sərhəd qapısında Suriyadan Livana qaçanlara Suriya tərəfindən açılan atəşdə bir adamın öldüyü 5 adamın yaralandığı bildirilir. Təhlükəsizlik qaynaqlarının verdiyi məlumata görə, bir qrup suriyalı Livanın sərhədindəki Vadi Xalid məskunlaşma vahidinə qaçarkən onlara atəş açılıb. Ölən bir nəfərin qadın olduğu bildirilir.

Şahidlər dünən səhərdən bəri Suriyanın təhlükəsizlik qüvvələri tərəfindən mühasirədə saxlanılan Tal Kalah adlı yaşayış vahidindən yüzlərlə adamın Livana doğru qaçmağa çalışdığını söyləyiblər. Tal Kalahda dünən ən az 4 nəfərin öldüyünü və bir çox adamın yaralandığı bildirilib.

Livanın sərhəd bölgəsindəki Mukayble qəsəbəsinin bələdiyyə sədri Ramiz Hazaal da dünən günortadan sonra Suriyadan Livan istiqamətinə azalan qaçışların axşam yenidən sürətləndiyini, təxminən min nəfərin Livana qaçdığını açıqlayıb.


Qaçıb canını qurtarmaq istəyərkən canını oda atdı

Tofiq Əliyev

O.M.