Şamaxılıları bu gün səhər dolu "qarşıladı"

Şamaxılıları bu gün səhər dolu "qarşıladı"

14 May 2011 11:05
636
Bəyəndim (0) Bəyənmədim (0)


Mayın 14-də gecə saat 00:45 radələrində Şamaxı şəhərinə və 14 kəndə diametri təxminən 6-7 santimetr olan dolu yağıb. Dolu dənələri 8-10 dəqiqə ərzində bütün sosial obyektlərin və yaşayış evlərinin dam örtüyünü, pəncərələrini sındırıb, əkin sahələrini, meyvə bağlarını məhv edib, avtomobilləri deşik-deşik edib. Rayonun təsərrüfatına külli miqdarda ziyan dəyib. Hadisə gecə baş verdiyi üçün ölən və xəsarət alan barədə hələlik məlumat yoxdur. Faktla bağlı rayon fövqəladə hallar komissiyası araşdırma aparır. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə rəsmi məlumat verilib.


Təbiət şıltaqlıq edirsə, onun nazı ilə oynamaq laxımdır. Biz insanlarsa ekologiyanı korlamaqla məşğuluq...

Günel Həbib

O.M.