Azərbaycanda fövqəladə vəziyyət haqda məlumat

Azərbaycanda fövqəladə vəziyyət haqda məlumat

14 May 2011 17:01
Bəyəndim (0) Bəyənmədim (0)
Bu günə olan operativ məlumat


1. İsmayıllı rayonunda, İsmayıllı-Qəbələ avtomobil yolunun 4-cü kilometrliyində "VAZ" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşmışdır. Nəticədə, hadisə zamanı avtomobildə olan 4 nəfər yaralanmış, onlardan 2-si deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, digər 2 yaralıya hadisə yerində ilkin tibbi yardım göstərmiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 13:52-də başa çatmışdır;

2. Bakı şəhəri, Səbail rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 18:46-da başa çatmışdır;

3. Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında yaşlı qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını bayır tərəfdən açmışlar. Mənzilə baxış keçirilərkən 1938-ci il təvəllüdlü Tağıyeva Firuzə yataqda hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən keçirilmiş ilkin tibbi müayinə nəticəsində həmin şəxsin vəfat etdiyi məlum olmuşdur. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 20:23-də başa çatmışdır.


Təhlükələrdən qorunmaq üçün gizlənmək lazım deyil, ehtiyatlı olmaq lazımdır...

Günel Həbib

O.M.