Bu gün havadan nə gözləyək?

Bu gün havadan nə gözləyək?

14 May 2011 16:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 14-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti təşkil edəcək.



Məncə, bu gecə çox isti olacaq. Qoy Eurovision-2011 həyəcanı ölkəmizdə günəşin doğuşu ilə nəticələnsin...

Günel Həbib

O.M.