Mayın 15-də ölkənin 25 şəhər və rayonunda sınaq imtahanı keçiriləcək

Mayın 15-də ölkənin 25 şəhər və rayonunda sınaq imtahanı keçiriləcək

13 May 2011 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 15-də növbəti sınaq imtahanı keçirəcəkdir. TQDK-dan verilən məlumata görə, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağstafa, Gədəbəy, Şirvan, Lənkəran, Quba, Masallı, Salyan, Balakən, Qax, Ağcabədi, Göyçay, İsmayıllıda, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Sədərək, Şərur və Şahbuz rayonlarında aparılacaq.

İmtahanda 32 mindən çox abituriyentin iştirakı gözlənilir. Sınaq imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanmış və orta məktəb dərsliklərinə, müvafiq qəbul imtahanları proqramlarına tamamilə uyğundur

Tofiq Əliyev

O.M.