Yuxusu ərşə çəkildi

Yuxusu ərşə çəkildi

13 May 2011 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalan şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə FHN-ə məlumat daxil olmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən həmin şəxs yatmış vəziyyətdə aşkarlanmışdır.

"Səs salma yatanlar oyanar, qoy hələ yatsın..."

Tofiq Əliyev

O.M.