Paytaxtda “2-ci Bakı Ürək Günləri” Beynəlxalq konqresi işə başlayıb

Paytaxtda “2-ci Bakı Ürək Günləri” Beynəlxalq konqresi işə başlayıb

13 May 2011 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 13-də "Gülüstan" sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş "2-ci Bakı Ürək Günləri" Beynəlxalq konqresi öz işinə başlamışdır. Beynəlxalq tədbirin açılışında səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxumuşdur.


AÜDCC-nin sədri Kamran Musayev məlumat vermişdir ki, konqresdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 25 ölkəsindən 250-yə yaxın kardioloq və kardiocərrah iştirak edir. Məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.


Tədbirdə kardiologiya və ürək cərrahiyyəsinin ən mübahisəli problemlərinə toxunulacaqdır. Dünyanın tanınmış mütəxəssisləri ilə birgə xəstələr üzərində aparılacaq əməliyyatların gedişi tədbirdə canlı yayımlanacaqdır. Konqres mayın 15-dək davam edəcək.


Bu tədbirdə dostların ürəyi açılacaq, düşmənlərin ürəyi gedəcək...

Tofiq Əliyev

O.M.