Bu gün havadan nə gözləyək?

Bu gün havadan nə gözləyək?

13 May 2011 13:08
860
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 13-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 13-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi bölgələrdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Sizə bugünkü günəşli gün kimi isti və rahat bir ömür arzusu ilə

Günel Həbib

O.M.