DİN Çevik Polis Alayına yeni komandir təyin edilib

DİN Çevik Polis Alayına yeni komandir təyin edilib

13 May 2011 11:59
Bəyəndim (0) Bəyənmədim (0)

Çevik Polis Alayından verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Daxili Qoşunların Qubada yerləşən "N" saylı hərbi hissəsinin komandiri Zaur Abdullayev Çevik Polis Alayına komandir vəzifəsinə təyin edilib.


Qeyd edək ki, bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə isə o, Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.


DİN-in Çevik Polis Alayının komandiri Səhlab Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.


Polislər çevik surətdə yerlərini dəyişirlər. Şahmat oyununda buna qalaqurma deyirlər...

Tofiq Əliyev

O.M.