Ben Laden Amerika kəşfiyyatçılarını təəccübləndirdi

Ben Laden Amerika kəşfiyyatçılarını təəccübləndirdi

13 May 2011 11:31
Bəyəndim (0) Bəyənmədim (0)
Onun yeni sirri ortalığı qarışdırdı

Usama Ben Ladenin internet girişi olmamağına baxmayaraq, amerikalı səlahiyyətlilər tərəfindən təsbit edilməsinə imkan verməyəcək şəkildə e-poçtlar göndərə bildiyi ortaya çıxdı. Xəbərə görə, Pakistanın şimal-şərqində heç bir telefon və internet girişi olmayan bir evdə gizlənən Laden internet əlaqəsi olmayan kompüterində yazdığı mesajları bir fləş diskə yazır və daha sonra bu fləş diski etibarlı birinə verirdi. Ben Ladenin mesajının yazılı olduğu fləş diski alan insan da uzaq məsafədəki bir internet kafeyə gedərək, Əl-Qaidə liderinin mesajını bir e-poçtayla lazımı ünvana göndərirdi. Etibarlı şəxs Ben Ladenə gələn e-poçtları da yenə bir fləş diskə yazdıqdan sonra diski Əl-Qaidə liderinin oxuması üçün onun Pakistanda gizləndiyi evə aparırdı. Ben Ladenin bu sistemi yavaş və zəhmətli bir proses olmasına baxmayaraq, o qədər təmiz idi ki, ən təcrübəli kəşfiyyatçılar belə onun bu sistemi uzun müddət davam etdirmə qabiliyyətini heyrətlə qarşılayıblar. ABŞ Ben Ladenin bu yolla ünsiyyət qurmasına hər zaman şübhə etdiyini, lakin bu qədər geniş miqyaslı olmasını gözləmədiyini bildirib.


Sonuncu dəfə məktub yetişmədi...

Günel Həbib

O.M.