Ermənistan silahlı birləşmələri atəşkəsi pozublar

Ermənistan silahlı birləşmələri atəşkəsi pozublar

13 May 2011 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 13-də saat 01.50-dən 02.15-dək, 02.20-dən 02.26-dək və 03.40-dan 03.45-dək Füzuli rayonunun Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar. Elə həmin gün ermənilər saat 02.20-dən 02.30-dək və 04.55-dən 05.15-dək Tərtər rayonunun Çaylı, Seysulan və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini də avtomat və pulemyotlardan atəşə tutmuşlar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur.

Düşmənin hər dəfə susdurmaqdansa birdəfəlik susdurmaq lazımdır...


Tofiq Əliyev

O.M.