Moskva metrosunda çaxnaşma

Moskva metrosunda çaxnaşma

13 May 2011 11:24
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva metropoliteninin "Арбат-Покровский" xəttində səhər pik vaxtı qəza baş verib. "Плошадь Революции" stansiyasında vaqonlar qapıları bağlı halda beş dəqiqə dayandırılıb. Vaqondakı camaat həyəcanla qışqırışmağa başlayıb. Səsgücləndiricilər vasitəsi ilə onlara məlumat verilib ki, heç bir terror aktı baş verməyib, vaqonlar texniki səbəbdən dayanıblar.


Bundan bir qədər əvvəl isə "Серпухово-Тимирязевск" stansiyasında 30 yaşlarında bir kişinin relslər üzərinə yıxılması nəticəsində metronun iş qrafiki pozulmuşdu. Başı relsə dəyərək partlayan zərərçəkəni yoldan çıxarandan xeyli sonra hərəkət tənzimlənmişdi. Bu zaman da camaatın əksəriyyəti vahimə içində çıxışa doğru qaçmışdı.

Neyləsinlər yazıq moskvalılar? Gah ermənilər, gah da çeçenlər tərəfindən metro stansiyalarında törədilən terror aktları onların gözünü yaman qorxudub...

Bəhram Mustafabəyli

O.M.