Reytinq uğruna canlı yayımda ölüm

Reytinq uğruna canlı yayımda ölüm

13 May 2011 10:51
Bəyəndim (0) Bəyənmədim (0)
Tənqidlər durmaq bilmir

İngiltərədə yaşlı bir adamın ölümünün saniyə-saniyə yayımlanmasını qınayanların sayı saat-saat artır.

Əgər xatırlayırsınızsa, sizlərə insan ölümünün canlı olaraq yayımlanacağı xəbərini çatdırmışdıq. Elə indi də onu çatdıraq ki, bu, baş tutdu! Dünən İngiltərənin BBC kanalında izləyicilər uzun müddətdir qaraciyər xərçəngi ilə mücadələ edən 84 yaşlı Geraldın son nəfəsini izləmə imkanına malik oldular. "Ölüm anında insan vücudunun funksiyalarını necə itirdiyini" canlı olaraq nümayiş etdirmək istəyən BBC-yə tənqidlər yağmağa başladı. Bu kanalın reytinq yığmaq istədiyini və insan ölümünün yalnız ona və ailəsinə aid olduğunu düşünənlərin sayı çoxdur.

Qaraciyər xərçəngindən əziyyət çəkən Geraldın son iki ayı videoya çəkilib. 1 yanvarda o, son nəfəsini verdiyində də kameralar işlək vəziyyətdə idi. Dünən yayımlanan verilişin bu bölümündə Gerald, "Möcüzə olmadıqca ölümdən qurtula bilməyəcəm. Həyatımın bir film kimi bitməsinə də inanmıram. Bir şəkildə mən də var olacam", - dedi və öldü.

Qeyd edək ki, ölüm anının yayımlanmasına qarşı çıxanlar tele-kanalın telefonlarını susdurmayıblar.

Ölüm haqdır. Bu gün sənə, sabah mənə...

Günel Həbib