Gədəbəyin sərhədyanı kəndlərinə qaz xətti çəkilir

Gədəbəyin sərhədyanı kəndlərinə qaz xətti çəkilir

13 May 2011 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Gədəbəy rayonunun sərhəd kəndlərinin qazla təmin edilməsi istiqamətində görülən işlər uğurla davam etdirilir. Əsasən Şınıx bölgəsində yerləşən 28 kəndin qazlaşdırılması üçün Saratovka kəndindən 17 kilometrlik magistral boru kəmərinin çəkilişi artıq başa çatdırılmışdır. Rayon icra hakimiyyətindən verilən məlumata görə, sərhəd bölgəsindəki kəndlərin mavi yanacaqla təminatı Dövlət Proqramına uyğun həyata keçirilir. İşlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Tofiq Əliyev

O.M.