Səyyad Əlizadənin klipinə çəkilmiş qız faciəvi şəkildə öldü...

Səyyad Əlizadənin klipinə çəkilmiş qız faciəvi şəkildə öldü...

31 Avqust 2013 12:29
Bəyəndim (0) Bəyənmədim (0)
Günay Məmmədova metropoliten işçisi idi

Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən axşam H.Əliyev prospektində dəhşətli yol qəzası baş verib. Belə ki, Verdiyev Təhmin Rəhman oğlu idarə etdiyi "BMW " markalı avtomobillə piyada yolu keçmək istəyən Günay Məmmədovanı (1991-ci il təvəllüdlü) vuraraq magistral yola atıb. Nəticədə daha bir neçə avtomobil də sürəti saxlaya bilmədiyindən qızın üzərindən keçib. Beləliklə, meyit tanınmaz hala düşüb.

Qeyd edək ki, qəzada həlak olan G.Məmmədova Bakı Metropoliteninin "Gənclik" stansiyasında növbətçi işləyib. O, həmçinin Səyyad Əlizadənin "Metropoliten işçiləri" adlı klipinə də çəkilib.

Allah rəhmət eləsin!

O.M.