Ermənistan azərbaycanlı əsiri başqa ölkəyə göndərib

Ermənistan azərbaycanlı əsiri başqa ölkəyə göndərib

31 Avqust 2013 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçisi Firuz Fərəcov üçüncü ölkəyə göndərilib.Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, BQXK nümayəndələri avqustun 26-da 2012-ci ilin iyul ayından Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.BQXK-nın İrəvandakı nümayəndəliyinin başçısı Lorenzo Karaffi bildirib ki, hərbi əsirin saxlanmasından sonra sayca doqquzuncu olan bu başçəkmə zamanı ailəsinin ona göndərdiyi məktub çatdırılıb, o da ailəsinə məktub yazıb:"Bu məlumatlar sırf şəxsi xarakterdə olub. Bundan əlavə, başçəkmə zamanı hərbi əsirin repatriasiya edilmək, yaxud üçüncü ölkəyə köçmək istəyi konfidensial şəraitdə müzakirə edilib".BQXK-nın məlumatında deyilir ki, avqustun 30-da Ermənistanın hökumət orqanları azərbaycanlı hərbi əsirin azad edildiyi və digər beynəlxalq təşkilatın himayəsi altında üçüncü ölkəyə yola düşdüyü barədə BQXK-nı məlumatlandırıb.Məlumatda daha sonra bildirilir ki, bundan əvvəl, 20 avqust tarixində BQXK nümayəndələri 8 avqust 2013-cü il tarixindən Azərbaycanda saxlanılan erməni hərbi əsirə baş çəkiblər. Başçəkmə zamanı, ona ailəsindən məlumatlar çatdırılıb və ailəsinə xəbərlər göndərmək imkanı verilib.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu 2012-ci ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

O.M.