Sabahdan hava sərinləyəcək

Sabahdan hava sərinləyəcək

31 Avqust 2013 11:16
Bəyəndim (0) Bəyənmədim (0)
Temperaturda güclü fərq hiss olunmayacaq

Sabah axşamdan başlayaraq Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi gözlənilir.

Bu barədə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan deyilib. Dəyişkən hava şəraiti 2 gün davam edəcək. Sentyabrın 1-2-də havanın temperaturunda güclü bir fərq müşahidə edilməyəcək, hava şəraiti bu günlərlə müqayisədə nisbətən sərin keçəcək.

O.M.