14 yaşlı məktəbli evdə özünü asıb

14 yaşlı məktəbli evdə özünü asıb

31 Avqust 2013 10:43
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Şabranda yaşanıb

Azərbaycanın Şabran rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb. Kənd sakini, 14 yaşlı İzzət Habil oğlu Mahmudov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Mərhum orta məktəb şagirdi imiş.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

O.M.