Düşmən gecə susdurulub

Düşmən gecə susdurulub

31 Avqust 2013 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdam rayonunun Mərzili, Nəmirli, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

O.M.