Xaçmaz rayonunda sərxoş sürücü qəza törətdi

Xaçmaz rayonunda sərxoş sürücü qəza törətdi

31 Avqust 2013 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Xaçmaz rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Apa-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 3-cü kilometrliyində, Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində baş verib. Həmin kəndin sakini, 26 yaşlı Tural Məhərrəmovun idarə etdiyi 24 BB 324 qeydiyyat nişanlı "QAZ 24" markalı avtomobil Qubadan Xaçmaz istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı reklam lövhəsinə çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Yaralıya qapalı kəllə-beyin travması, aşağı ətrafların sınması, travmatik şok və alkoqol sərxoşluğu diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zamanı sürücü avtomobildə tək olub. İlkin ehtimala görə, hadisə yüksək sürət səbəbindən baş verib.Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

O.M.