Siciliyadakı Etna vulkanının aktivliyi artmışdır

Siciliyadakı Etna vulkanının aktivliyi artmışdır

12 May 2011 18:09
Bəyəndim (0) Bəyənmədim (0)


Siciliyadakı Etna vulkanı yenidən aktivləşmişdir. Keçən gecə və mayın 12-də səhər vulkan ətrafındakı ərazidə qaynar lava fontanları yaranmışdır, yerin altından güclü uğultu eşidilir, "od püskürən dağ" üzərində kül topaları Kataniya şəhərinə və vulkandan cənubda yerləşən yaşayış məntəqələrinə çatmışdır. Milli Geofizika və Vulkanologiya İnstitutunun (MGVİ) verdiyi məlumata görə, Etnanın şərq yamaclarında yeni mini-krater yaranmışdır. Kraterin əsas hissəsində - onun cənub-şərq tərəfində yerin titrəməsinin artmaqda olması qeydə alınıb. Yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə bu gün Kataniya aeroportunu bağlamışlar.

Tofiq Əliyev

O.M.