35 yaşlı Bakı sakininin evdən meyiti tapıldı

35 yaşlı Bakı sakininin evdən meyiti tapıldı

31 Avqust 2013 09:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri, Suraxanı rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.Oxumeni.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından daxil olaraq və giriş qapısını açıblar.
Mənzilə baxış keçirilərkən 1978-ci il təvəllüdlü Məmişov Famil Adil oğlu otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində F.Məmişovun vəfat etdiyi müəyyən olunub.

O.M.