Rəis öz qardaşını işdən çıxardı

Rəis öz qardaşını işdən çıxardı

30 Avqust 2013 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Əli Əsgərovu vaxtilə dəmiryol vağzalında xəzinədar vəzifəsində çalışan Nazim adlı şəxs əvəz edəcək AzVision xəbər verir ki, Tovuz Dövlət Dəmiryol Stansiyasının rəisi Əli Nəriman oğlu Əsgərov tutduğu vəzifədən azad edilib. Məlumata görə, Ə.Əsgərovu vaxtilə dəmiryol vağzalında xəzinədar vəzifəsində çalışan Nazim adlı şəxs əvəz edəcək. Adıçəkilən şəxs Əli Əsgərovla kirvə qohumudur.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşı, Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərovun adam öldürülməsi ilə bağlı yayılan xəbərlərə görə araşdırma aparıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun qardaşının qəza nəticəsində bir nəfəri güllələməsi ilə bağlı məlumat musavat.com-da yayımlanıb. Məlumatda qeyd olunur ki, iyulun 31-də Tovuzun dövlət dəmiryol stansiyasının rəisi Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağrılan vətəndaşın əlindən tüfəngi alaraq atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və yaralanıb.

O.M.