İntihar edən əsgərlə bağlı cinayət işi açıldı

İntihar edən əsgərlə bağlı cinayət işi açıldı

30 Avqust 2013 13:19
597
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidməti asılmış vəziyyətdə tapılan əsgərlə bağlı məlumat yayıb.

Oxumeni.az-ın DSX-nin saytına istinadən xəbər verir ki, 9 avqust 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri, 23 mart 1994-cü il təvəllüdlü, 2012-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış Məmmədov Nofəl Nofəl oğlu naməlum səbəbdən özünü asaraq intihar edib. Faktla bağlı Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəhbər nümayən¬dələri tərəfindən hadisə yerində araşdırma aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.Baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

O.M.