Alimenti ödəməyən eks ərinə görə özünü öldürmək istədi

Alimenti ödəməyən eks ərinə görə özünü öldürmək istədi

30 Avqust 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə iki qadın ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Apa-nın Qərb bürosuna verilən məlumata görə Gəncə şəhər sakini, orta məktəbdə müəllimə işləyən, 36 yaşlı Zülfiyyə İmanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Təcili görülən tibbi yardım nəticəsində qadını həyatda saxlamaq mümkün olub. Polis əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, Z. İmanova keçmiş həyat yoldaşı məhkəmə tərəfindən təyin edilən alimenti ödəmədiyindən əsəbiləşərək özünü öldürmək məqsədi ilə 18 ədəd dərman həbi qəbul edib.

O.M.