30 avqust – Zəfər günü münasibətilə Bakıdakı Türk Şəhidliyi ziyarət olunub

30 avqust – Zəfər günü münasibətilə Bakıdakı Türk Şəhidliyi ziyarət olunub

30 Avqust 2013 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bu Gün Türkiyənin Zəfər Günü ilə əlaqədar Türk Şəhidliyi ziyarət olunub.Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları, Türkiyənin ölkəmizdəki hərbi attaşesi və Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iştirak ediblər. Əvvəlcə Türk şəhidliyi abidəsi önündə əklil qoyulub, iki ölkənin dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Türkiyənin səfiri İsmayıl Alper Coşkun bildirib ki, bu gün Türkiyə üçün çox əlamətdar bir gündür və bu bayramı Azərbaycanda qeyd etməkdən qürur hissi keçirir. O əlavə edib ki, bu bayram Türkiyədə birlik və bərabərlik günüdür: "İnşallah bütün türk dünyası hər zaman xoşbəxtlik, zəfər, rifah istiqamətində addımlayacaq. Bakıdakı Türk şəhidliyi abidəsi də "bir millət iki dövlət" anlamının gözəl rəmzidir".

Qeyd edək ki, Zəfər Günü 1922-ci ilin avqustun 30-da türklərin İstiqlaliyyət müharibəsi zamanı Dumlupınar döyüşündə işğalçı qüvvələrin məğlub edilməsindən sonra qeyd olunmağa başlayıb. O zaman Mustafa Kamal Atatürk başçılıq etdiyi ordu düşmən qüvvələri məğlub edərək, müstəqillik əldə edilməsi istiqamətində böyük bir addım atıblar.

O.M.