Azərbaycan vətəndaşlarına yerli mal ətini almamaq tövsiyyə olunur

Azərbaycan vətəndaşlarına yerli mal ətini almamaq tövsiyyə olunur

30 Avqust 2013 12:01
621
Bəyəndim (0) Bəyənmədim (0)
“Virus xəstəliyinin təsiri elə də tez keçmir”

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən Dövlət Baytarlıq Xidməti 176 min baş iribuynuzlu heyvanın bunyavirusa yoluxması ilə əlaqədar yerli istehsal mal ətini yeməməyi tövsiyyə edir. Oxumeni.az xəbər verir ki, dünən xidmətin direktor müaviniRamiz Salmanov bildirib ki, xidmət ölən heyvanların ətindən istifadəni məsləhət görmür. "Eyni zamanda insanlar 3 günə sağalan heyvanları kəsməsinlər, çünki bu virus xəstəliyinin müalicəsi xeyli davam edir" – deyə, Salmanov bəyan edib.

Bununla yanaşı, hələlik virusdan 52 heyvan tələf olub, daha 59 baş heyvanda isə balasalma qeydə alınıb.Salmanın sözlərinə görə, heyvanlar üçün dərman preparatlarının qiyməti 2 manatdır, yəni, fermerlər üçün münasibdir. Bununla yanaşı, o, yoluxmuş mal ətinin mağaza və bazarlara düşməsinin qarşısını almaq üçün hansı tədbirlərin görüləcəyini açıqlamayıb. Bununla əlaqədar, hər halda taleyi sınağa çəkməmək üçün yerli istehsal mal ətini yeməmək tövsiyyə olunur.

Qeyd edək ki, avqustun 28-də Kənd Təsərrüfatı Nazirliyi kollegiyasının genişləndirilmiş iclası keçirilib. İclasda əsas müzakirə mövzusu bunyavirus infeksiyasına qarşı müalicəvi-profilaktik tədbirlərin görülməsi olub. Xəstəlik artıq ölkənin 35 rayonunda yayılıb və baytarlıq xidməti bu barədə Beynəlxalq Epizootik Büroya məlumat verib. Dövlət baytarlıq xidmətinə həmçinin şəxsi vəsaitləri hesabına 15 ton dezinfeksiya vasitəsi (kaustik soda) almaq və qısa müddətdə regional bölmələri vasitəsilə paylaşdırmaq tapşırılıb. İyulun 1-nə ölkədə 2730,7 min baş iribuynuzlu malqara olub. Xəstəlik artıq heyvanların 6,5%-nə təsir edib. /abc/

O.M.