Ermənistan Azərbaycanla sərhəddə aeroport tikir

Ermənistan Azərbaycanla sərhəddə aeroport tikir

30 Avqust 2013 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda yeni aeroport tikilir. ANS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan ərazilərin idarə olunması naziri Armen Gevorqyan ermənilərin Syünik adlandırdığı Zəngəzur bölgəsinə səfər edərkən deyib. Qafan aeroportunun tikilməsi ilə bağlı Ermənistanda xüsusi müşavirə keçirilib. Ermənistan ərazilərin idarə olunması naziriliyinin mətbuat xidmətinin bildirdiyinə görə, vilayət qubernatoru bununla bağlı məsələni yerli biznesmenlərlə müzakirə edəcək. Yekun maliyyə hesablamaları və təkliflər sentyabr ayında hökumətə təqdim olunacaq.Gevorqyan həmçinin onu da bildirib ki, aeroportun yenidən işə salınması prezident Sarksiyanın tapşırığıdır.

O.M.