FHN Hacıqabulda baş verən vulkan püskürməsi ilə bağlı məlumat yayıb

FHN Hacıqabulda baş verən vulkan püskürməsi ilə bağlı məlumat yayıb

12 May 2011 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

Hacıqabul rayonunun Qubalı Baloğlan və Rəcəbli kəndlərindən 30 kilometr aralıda dağlıq ərazidə palçıq vulkanının püskürməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmuşdur. FHN-dən verilən məlumata görə dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. İlkin məlumata görə, vulkandan qısa müddətdə çıxan alovun hündürlüyü 15-50 metr olmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Hazırda həmin əraziyə mütəxəssislər tərəfindən baxış keçirilir.

Tofiq Əliyev

O.M.