Yevlaxda 2 yük avtomobili toqquşub: xəsarət alan var

Yevlaxda 2 yük avtomobili toqquşub: xəsarət alan var

30 Avqust 2013 09:40
529
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlaxda iki yük avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, rayonun Aran qəsəbəsində "ŞAQMAN" və "FORD" markalı 2 yük avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "ŞAQMAN" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

O.M.