Əsgərimiz özünü asdı

Əsgərimiz özünü asdı

29 Avqust 2013 13:05
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Ordusu daha bir itki verdi

Cəlilabad rayonunda yerləşən hərbi hissədə əsgər ölümü olub. Ans-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd qoşunlarının yerləşdiyi hərbi hissədə qeydə alınıb.

Goranboy rayonu Qızılhacılı kəndindən hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofər oğlu bu gün axşam saatlarında xidmət etdiyi hərbi hissədə asılı vəziyyətdə tapılıb. Əsgərin yaxınlarının dediklərinə görə, onun bir müddət əvvəl hərbi hissədə daha çox xidmət etmiş əsgələrlə dəfələrlə mübahisələri olub. Qeyd edək ki, Nofəl Məmmədovun hərbi xidməti başa vurmağına 1 ay qalıbmış. Məsələ ilə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.

O.M.