Abituriyentlərin nəzərinə - bu gün sonuncu gündür!

Abituriyentlərin nəzərinə - bu gün sonuncu gündür!

29 Avqust 2013 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında uğurlu nəticə göstərən abituriyentlərə daxil olduqları ali məktəbdə qeydiyyatdan keçməsi üçün verilən vaxt başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, qeydiyyat avqust ayının 20-dən başlayıb. Əgər tələbələr bu gün qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək.

O.M.