Kolleclərə qəbul olunanlara xəbərdarlıq edildi

Kolleclərə qəbul olunanlara xəbərdarlıq edildi

29 Avqust 2013 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul olmuş abituriyentlərə müraciət edib. TQDK-dan verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar avqustun 29-dan sentyabrın 6-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

O.M.